Braziliyanın paytaxtında etirazçılar daha bir nazirliyin binasını yandırıblar.
“Qafqazinfo” “RİA Novosti” istinadən xəbər verir ki, bu barədə “Brasil de Fato” portalı məlumat yayıb.
Portalın məlumatına görə, etirazçılar bu dəfə maliyyə nazirliyinin binasına od vurublar.
Bundan əvvəl ölkənin kənd təsərrüfatı nazirliyinin binasının yandırıldığı barəsində informasiya yayılmışdı.
Qeyd edək ki, Braziliyanın paytaxtında prezident Mişel Temerə qarşı etirazlar davam edir. Nümayişçilər ölkə başçısının istefasını, növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edirlər. Aksiyalarda 150 mindən çox insanın iştirak etdiyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər