Daha bir nəfər özünü asdı

daha-bir-nefer-ozunu-asdi
Oxunma sayı: 726

Zərdab rayonunda intihar hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Zərdab rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.