Ağstafa rayonu ərazisində karantin rejimi qaydalarını pozaraq, nişan mərasimi təşkil edildiyi müəyyənləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.
Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.
Son xəbərlər
Son Xəbərlər