Daha bir ölkə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

daha-bir-olke-finlandiya-ve-isvecin-nato-ya-uzvluyunu-tesdiqledi
Oxunma sayı: 1471

Estoniya Parlamenti Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsinə dair protokolları ratifikasiya edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” agentliyi məlumat yayıb.

“Bu gün növbədənkənar sessiyanın ikinci iclasında Riyqikoqu (Estoniyanın ali nümayəndə və qanunverici orqanı) Finlandiya və İsveçin NATO-ya üzvlüyü haqqında protokollarını təsdiqləyən qanun qəbul etdi”, - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Danimarka, Norveç və Kanada Finlandiya və İsveçin NATO-ya üzv qəbul edilməsinə dair protokolları ratifikasiya edib.

Xatırladaq ki, iyulun 5-i NATO-ya üzv ölkələrin səfirləri Finlandiya və İsveçin alyansa üzvlüyünə dair protokolları imzalayıb. Protokollar daha sonradan ratifikasiya olunması üçün bütün NATO ölkələrinə yönləndirilib.