Daha bir ölkə karantini və komendant saatını uzatdı

daha-bir-olke-karantini-ve-komendant-saatini-uzatdi
Oxunma sayı: 1620

Latviya hökuməti də koronavirus pandemiyası səbəbindən karantin rejimini, o cümlədən komendant saatını fevralın 7-dək uzadıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, qaydalara əsasən ölkə sakinləri fevralın 7-dək həftəsonları axşam saat 23:00-dan səhər saat 06:00-dək komendant saatına əməl etməlidirlər. Latviya Nazirlər Kabineti növbəti həftədən ibtidai siniflərdə 5-11-ci siniflərdə olduğu kimi tədrisin distant şəkildə bərpasına qərar verib.

Qeyd edək ki, Latviyada koronavirusa ilk yoluxma halı ötən il martın 2-də qeydə alınıb.