Daha bir ölkə Olimpiya Oyunlarının diplomatik boykotuna qoşuldu

daha-bir-olke-olimpiya-oyunlarinin-diplomatik-boykotuna-qosuldu
Oxunma sayı: 2042

Kanada da Çində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmaq qərarına gəlib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Castin Trüdo bildirib. “Bu gün biz elan edirik ki, bu qış Pekində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndələr göndərməyəcəyik”, - deyə Trüdo bildirib. 

Baş nazirin sözlərinə görə, kanadalı idmançılar Olimpiadada iştirak edəcəklər.

Xatırladaq ki, Çində insan haqlarının pozulması ilə əlaqədar ABŞ, Avstraliya və Böyük Britaniya da Olimpiya oyunlarını diplomatik boykot ediblər.

Həmçinin oxuyun: ABŞ Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi

İngiltərə də Pekin Olimpiya Oyunlarını diplomatik boykot etdi