Daha bir ölkə plastik paketi qadağan etdi

daha-bir-olke-plastik-paketi-qadagan-etdi
Oxunma sayı: 2078

Özbəkistanda polimer paketlərin market və digər ticarət mərkəzlərində pulsuz verilməsi artıq qadağan edilib.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə qərar hələ sentyabr ayında prezident tərəfindən imzalanıb. 

2019-cu il yanvarın 1-dən etibarən bu tipli paketləri pulsuz verən mağazaların qanuna uyğun şəkildə cərimələnəcəyi gözlənilir.