Daha bir ölkə Qətərdəki səfirini geri çağırdı

daha-bir-olke-qeterdeki-sefirini-geri-cagirdi
Oxunma sayı: 671

Daha bir ölkə Qətərlə əlaqələrini kəsib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Seneqalın Xarici İşlər Nazirliyi Qətərdəki səfirin geri çağırıldığını açıqlayıb.  

Bir çox ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsindən sonra körfəz bölgəsindəki hadisələri yaxından təqib etdiklərini vurğulayan Seneqal hökuməti Səudiyyə, BƏƏ, Bəhreyn və Misirlə həmrəy olduqlarını qeyd edib. 

Qeyd edək ki, daha əvvəl 9 ölkə Qətərlə əlaqələrinə son qoymuşdu.