Polşa xarici vətəndaşlar üçün sərhədlərini bir müddət bağlı saxlayacaq.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, koronavirus epidemiyası səbəbindən bu tarix mayın 13-dək uzadılıb. Ölkəyə yalnız Polşa vətəndaşları və onların qohumları olan xarici vətəndaşlar daxil ola bilər.
Xatırladaq ki, Polşada sərhədlər daha əvvəl mayın 3-dək bağlanmışdı. Ölkədə 12 mindən çox insan koronavirusa yoluxub, 600 nəfər infeksiyadan dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər