Daha bir ölkədə daşqın təhlükəsi - Əhali təxliyyə olundu

daha-bir-olkede-dasqin-tehlukesi
Oxunma sayı: 2919

Filippinin paytaxtında 13.2 min sakin təxliyə edilib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, təxliyyə olunanlar ölkə paytaxtı Manilanın şərqində Marikina çayı boyunca yaşayan sakinlər olub.

Buna səbəb isə ölkədə musson yağışları səbəbindən çayda suyun səviyyəsinin xeyli artmasıdır. Belə ki, güclü yağışlar səbəbindən Marikina çayında suyun səviyyəsi 16.4 m-ə çatıb.

Məlumata əsasən, daşqın təhlükəsi gözlənilən yaşayış məntəqələrinin sakinləri daha təhlükəsiz ərazilərə köçürülüb. 

Qeyd edək ki, son həftələr dünyanın bir neçə ölkəsi təbii fəlakətlə üzləşir. Güclü yağışlar səbəbindən Çin, Hindistan və Qərbi Avropanı sel basıb. Şimali Amerikada isə bunun əksinə anomal istilər müşahidə edilir. Bütün bu hadisələr isə iqlim dəyişikliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir.