Daha bir ölkədə “Delta” ştammı aşkarlandı

daha-bir-olkede-delta-stammi-askarlandi
Oxunma sayı: 1553

Nigeriyada 32 nəfərdə koronavirusun “Delta” ştammı aşkarlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Akva İbom vilayətində 19 nəfərdə yeni ştamm tapılıb, digər yoluxma faktları isə paytaxt Abuca, eləcə də, Laqos, Kross River və Oyo vilayətlərində təsbit edilib.

Bildirilib ki, “Delta” ştammının tapılması ilə ölkədə yoluxma sayı sürətlə artmaqdadır. Bu səbədən sözügedən ərazilərə səyahət etməmək tövsiyə olunub.