Daha bir ölkədə evtanaziya rəsmiləşdi

daha-bir-olkede-evtanaziya-resmilesdi
Oxunma sayı: 2057

Kanada hökuməti evtanaziyanı qanuniləşdirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə CBC News nəşri yazıb. Məlumata görə, ölkə parlamenti evtanaziyaya icazə verən qanunu qəbul edib. Bildirilir ki, məsələ Senatda müzakirəyə çıxarılıb və 44 nəfər qanunun lehinə, 28 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən insanı öz istəyi ilə həyatdan məhrum etməkdir. Bu prosesə İsveçrə, İsveç, Belçika və Niderlandda icazə var.

Aysel Kərimova