Daha bir ölkədə ilk dəfə koronavirus tapıldı

daha-bir-olkede-ilk-defe-koronavirus-tapildi
Oxunma sayı: 4735

Omanda ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sultanlığın Səhiyyə Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, İrandan gələn 2 nəfər Oman vətəndaşında koronavirus aşkarlanıb. Karantinə götürülən xəstələrin vəziyyəti stabildir.

Qeyd edək ki, Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda da koronavirusa ilk yoluxma halları qeydə alınıb.