Daha bir ölkədə karantin rejimi uzadıldı

daha-bir-olkede-karantin-rejimi-uzadildi
Oxunma sayı: 4666

Əfqanıstan hökuməti ölkənin böyük şəhərlərində, həmçinin paytaxt Kabildə karantin rejiminin müddətini daha 20 gün uzadıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Tolo News” Prezident Administrasiyasına istinadən xəbər verib.

Bu müddət ərzində universitetlər işləməyəcək, eləcə də Kabildən əyalətlərə və əks istiqamətdə daxili reyslər həyata keçirilməyəcək.

Qeyd edək ki, indiyədək Əfqanıstanda 2 496 nəfər koronavirusa yoluxub, 72 pasiyent vəfat edib və 331 nəfər sağalıb.