Daha bir ölkədə karantin rejimi uzadıldı

daha-bir-olkede-karantin-rejimi-uzadildi
Oxunma sayı: 2226

Argentinada martın 20-dən tətbiq edilən karantin rejimi mayın 24-dək uzadılıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Alberto Fernandes açıqlayıb.

“Karantin mayın 24-dək davam edəcək”, - deyə o, bildirib.

Buenos-Ayresdə məhdudlaşdırıcı tədbirlərdə dəyişiklik edilməyəcək. Ölkənin digər regionlarında yüngülləşmələr tətbiq olunacaq.  Xüsusilə, ayrı-ayrı növ istehsal və ticarət açılacaq.

Paytaxtda şənbə və bazar günləri uşaqlarla gəzintilərə icazə veriləcək.