Daha bir ölkədə kinoteatrlar, idman zalları bağlandı

daha-bir-olkede-kinoteatrlar-idman-zallari-baglandi
Oxunma sayı: 2279

İordaniyada koronavirusun yayılması fonunda kinoteatrlar, idman zalları, teatrlar fəaliyyət göstərməyəcək. “Qafqazinfo” bildirir ki, bu barədə məlumat İordaniya hökumətinin sosial şəbəkə hesabında yer alıb.

Bundan başqa, İordaniya hökuməti xəstəliyin yayılmaması üçün bir həftə müddətinə turistlərin səfər etdiyi yerləri sanitar təmizləmə işlərinin aparılması məqsədi ilə bağlayıb.

İordaniya hökuməti, həmçinin bütün məscid və kilsələrdə kollektiv şəkildə toplaşmağı və tədbirlər keçirməyi də bir müddətlik qadağan edib.