Daha bir ölkədə koronavirusa görə məktəblər bağlandı

daha-bir-olkede-koronavirusa-gore-mektebler-baglandi
Oxunma sayı: 3337

İtaliya hökuməti koronavirus səbəbindən bütün məktəb və universitetləri bağlamaq qərarına gəlib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təhsil müəssisələrində tədris martın 5-nə kimi dayandırılıb.

Qeyd edək ki, İtaliyada 79 nəfər koronavirusdan dünyasını dəyişib. 2263 nəfərdə isə virus tapılıb. 160 nəfər xəstəliyə qalib gəlib.