Daha bir ölkədə koronavirusun Britaniya ştammı aşkarlandı

daha-bir-olkede-koronavirusun-britaniya-stammi-askarlandi
Oxunma sayı: 1959

Moldovada COVID-19 virusunun Britaniya ştammı aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, Moldova Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 23 nəfərdən götürülən analizdən 11-də Britaniya ştammı aşkarlanıb.

Həmin şəxslər Böyük Britaniyadan Moldovaya gələn yerli və xarici vətəndaşlardır.

Qeyd edək ki, Moldovada sərt karantin rejimi tətbiq edilir.