Daha bir ölkədə məktəblər bağlandı

daha-bir-olkede-mektebler-baglandi
Oxunma sayı: 3510

Koronavirus pandemiyası səbəbindən Böyük Britaniyada bütün təhsil müəssisələri bağlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Qevin Uilyamson parlamentdə açıqlayıb. Tədris müəssisələri növbəti xəbərdarlığadək fəaliyyət göstərməyəcək.

May və iyuna nəzərdə tutulan imtahanlar ləğv olunub. Onların hansı vaxtadək təxirə salındığı hələlik bilinmir.