Daha bir ölkədə məktəblər və universitetlər bağlandı

daha-bir-olkede-mektebler-ve-universitetler-baglandi
Oxunma sayı: 2928

Fransa Prezidenti Emmanuel Makron koronavirus səbəbindən bütün təhsil müəssisələrinin bağlanmasına göstəriş verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bazar ertəsindən etibarən bütün bağça, məktəb, kollec, lisey və universitetlər bağlanacaq.

Qeyd edək ki, Fransada 2876 nəfər koronavirusa yoluxub. 61 nəfər isə dünyasını dəyişib.