Daha bir ölkədə sel fəlakəti - 16 ölü

daha-bir-olkede-sel-felaketi
Oxunma sayı: 2316

Hindistanın Uttarakhand vilayətində sel fəlakəti 16 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Sel və torpaq sürüşməsi səbəbindən köməksiz qalan şəxslərin təxliyyəsi üçün çalışmalara başlanılıb.

Hindistan ordusuna məxsus üç helikopter axtarış-xilasetmə işlərinə cəlb edilib.