Daha bir ölkədə sel fəlakəti - 28 ölü

daha-bir-olkede-sel-felaketi
Oxunma sayı: 3199

Nigerdə şiddətli yağışların səbəb olduğu sellərdə 28 nəfər həyatını itirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sellər nəticəsində iyundan iyulun 26-dək 1129 ev su altında qalıb.

Bildirilib ki, 14 min 134 nəfər selin təsirinə məruz qalıb, 16 nəfər sel zamanı uçan binaların altında qalaraq həyatını itirib, 12 nəfər isə boğularaq ölüb.