Daha bir ölkədə TikTok qadağan edildi

daha-bir-olkede-tiktok-qadagan-edildi
Oxunma sayı: 3826

Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial şəbəkəsi növbəti xəbərdarlığa qədər qadağan edilib.

"Qafqazinfo" BBC-yə istinadən xəbər verir  ki, bu barədə ölkənin Rabitə Nazirliyi açıqlama yayıb. 

"TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqalda mobil internet də kəsilib.