Daha bir ölkədə yeni mövsümə start verildi

daha-bir-olkede-yeni-movsume-start-verildi
Oxunma sayı: 2360

Futbol üzrə Cənubi Koreya çempionatında 2020/21 mövsümünə bu gün start verilib.

"Qafqazinfo" xəbər verir ki, açılış turunun ilk oyununda “Jeonbuk” öz meydanında “Suvon Bluvinqs”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. 

Turun qalan görüşləri mayın 9-10-da keçiriləcək. Hələlik, oyunlara azarkeş buraxılmır.

Qeyd edək ki, K liqası adlanan Koreya çempionatının elitasında 12 klub mübarizə aparıb. Çempionat fevralın 29-da start verilməli olsa da, koronavirus pandemiyası səbəbiylə təxirə salınmışdı.