Qırğızıstanda 4,9 maqnitudalı zəlzələ olub.
Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.
Yeraltı təkanlar yerli vaxtla saat 07:13-də (Bakı vaxtı ilə saat 05:13-də-red.) qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 95 kilometr cənubi-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Daha əvvəl Yeni Zelandiya sahillərində güclü zəlzələ qeydə alınmışdı.
Son xəbərlər
Son Xəbərlər