Daha bir ölkədə zəlzələ oldu

daha-bir-olkede-zelzele-oldu
Oxunma sayı: 1096

İndoneziya sahillərində 6.0 bal gücündə zəlzələ baş verib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib.  Məlumata əsasən, zəlzələ "UTC" vaxtı ilə saat 16:58-də qeydə alınıb.

Zəlzələnin episentri Şimali Sulavesi vilayətinin Molibaqu rayonundan 59 kilometr cənub-qərbdə Sulavesi adasında olub.  Yeraltı təkanların ocağı 118 kilometr dərinlikdə yerləşib.