Daha bir ölkənin prezidenti özünü təcrid etdi

daha-bir-olkenin-prezidenti-ozunu-tecrid-etdi
Oxunma sayı: 1763

Estoniya Prezidenti Kersti Kalyulayd özünütəcrid rejiminə keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb. Kalyulayd bildirib ki, dekabrın 1-də koronaviruslu xəstə ilə təmasda olduğu üçün bu qərarı alıb.

“Koronavirus xəstəsi ilə təmasda olduğum üçün səhiyyə idarəsinin təlimatına əsasən özümü təcrid etməliyəm”, - deyə estoniyalı dövlət başçısı bildirib.