Daha bir ölkənin səfirliyi Kiyevdə öz fəaliyyətini bərpa edir

daha-bir-olkenin-sefirliyi-kiyevde-oz-fealiyyetini-berpa-edir
Oxunma sayı: 877

Yunanıstan səfirliyi Ukraynanın paytaxtı Kiyevdə öz fəaliyyətini bərpa edir.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın Xarici İşlər Nazirliyi açıqlayıb.

Məlumata görə, səfirlik lazımi personal ilə təmin olunub.

Bildirilir ki, hələ bir neçə həftə əvvəl Yunanıstanın Mariupol şəhərində baş konsulu olan Manolis Andrulakis Yunanıstanın bu ölkədəki müvəqqəti işlər vəkili təyin olunub.