Daha bir partiya İlham Əliyevin namizədliyini dəstəklədi

daha-bir-partiya-ilham-eliyevin-namizedliyini-destekledi
Oxunma sayı: 2396

Ana Vətən Partiyasının Ali Məclisinin iclası keçirilib.  

Partiyadan “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda qarşıdan gələn prezident seçkilərində partiyanın iştirakı müzakirə edilib.

Toplantıda 11 aprel 2018 -ildə  Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə bağlı qərar qəbul olunub və bəyanat  verilib.

Bəyanatda bildirilir ki, AVP seçkilərdə YAP-ın VI qurultayının İ. Əliyevin prezidentliyə namizədliyi haqqında qərarını dəstəkləyir və qarşıdan gələn seçkilərdə onun qələbəsi uğrunda fəal mübarizə aparacağını bəyan edir.