Daha bir piyada qəza qurbanı oldu

daha-bir-piyada-qeza-qurbani-oldu
Oxunma sayı: 1555

Dünən Abşeron rayonunun Saray qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saat 17 radələrində Bakı şəhər sakini M.Maqsudov idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini Y.Şabanovu vurub.

Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.