Daha bir piyada yol qəzasının qurbanı oldu

daha-bir-piyada-yol-qezasinin-qurbani-oldu
Oxunma sayı: 1554

Yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H. Əliyev prospektində Gədəbəy rayon sakini R. Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.