İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Binəqədi rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Özbəkistan Respublikası vətəndaşı Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər