Daha bir qadın piyada öldü

daha-bir-qadin-piyada-oldu
Oxunma sayı: 1576

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu gün şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 30-35 yaşlı Şəbnəm adlı qadın yolu keçərkən hərəkətdə olan “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. 

O, xəstəxanaya çatdırılsa da, orada vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Elmar Əli