Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən "Azadlıq" metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasında araşdırma aparılıb.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan "Mersedes" markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma faəliyyəti göstərir. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir.
Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib.
Məlumat üçün bildiririk ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq hələdə bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan miktoavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur.
Qeyd edilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər.
Son xəbərlər
Son Xəbərlər