Daha bir qanunsuz tikintinin qarşısı alındı - Video

daha-bir-qanunsuz-tikintinin-qarsisi-alindi
Oxunma sayı: 3083

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kərimov Kamil Elbrus oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Qeyd edək ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində aparılan qanunsuz tikinti işləri ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşları tərəfindən aşkar edilmiş və tikinti işlərinin qarşısının alınması məqsədilən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Gəncə Şəhər Prokurorluğuna, Gəncə Şəhər Baş Polis İdarəsinə müvafiq məktublar ünvanlanmışdır. Bununla yanaşı, Kərimov Kamil Elbrus oğlu  müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan tikitisinə icazə tələb olunan tikinti obyekti inşa etdiyinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 395.1 bəndinə əsasən inzibati xəta törətdiyinə görə  cərimələnmişdir.