Daha bir qanunsuz tikintinin qarşısı alındı - Video

Daha bir qanunsuz tikintinin qarşısı alındı
Oxunma sayı: 1652

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-30-cu kilometr ünvanında “Caspian Survey and Vetting Services Ltd” MMC tərəfindən müvafiq icazəverici sənədlər olmadan 1000 kvadratmetr sahədə qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.