Daha bir qardaş bacısını öldürdü

daha-bir-qardas-bacisini-oldurdu
Oxunma sayı: 4730

Ağcabədidə 26 yaşlı oğlan bacısını qətlə yetirib.

"Qafqazinfo" xəbər verir ki, iyulun 17-də rayonun Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam edir.

Xatırladaq ki, 4 gün əvvəl Tərtərdə 26 yaşlı oğlan yol kənarında 40 yaşlı bacısını qətlə yetirmişdi.