Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb. "BMW" və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu Nuriyev ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər