Daha bir qrup azərbaycanlı Adanadan təxliyə olunacaq

daha-bir-qrup-azerbaycanli-adanadan-texliye-olunacaq
Oxunma sayı: 1500

Bu gün daha bir qrup azərbaycanlı Türkiyənin Adana şəhərindən ölkəmizə təxliyə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, təxliyə avtobusu fevralın 10-da yerli vaxtla saat 17:00-da Adana avtovağzalından Azərbaycana yola düşəcək.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 18 342 nəfər həyatını itirib, 74 242 şəxs xəsarət alıb.