Daha bir rayonda zəlzələ baş verdi

daha-bir-rayonda-zelzele-bas-verdi
Oxunma sayı: 1666

Bu gün daha bir rayon ərazisində zəlzələ qeydə alınıb.

“Qafqazinfo” Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:57-da Saatlı stansiyasından 27 km cənub-şərqdə Saatlı ərazisində qeydə alınıb.

Maqnitudası 3,4 bal gücündə olan zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, bu gün Qubada da 3 bal gücündə zəlzələ baş verib.