Bakı Metropoliteninin Mühafizə üzrə Polis Şöbəsinin rəisi Əflatun Həsənov işdən azad edilib.
Şöbədən “Qafqazinfo”ya verilən məlumata görə, polkovnik Ə.Həsənov Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi polis general-mayoru Mirqafar Seyidovun əmri ilə vəzifəsindən azad edilib. Hələ ki, onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, bu barədə ilk məlumatı a24.az saytı yayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər