Daha bir rusiyalı general öldürüldü - KİV

daha-bir-rusiyali-general-olduruldu
Oxunma sayı: 4555

Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Oleq Sokov Ukrayna hərbçiləri tərəfindən Berdyanskda öldürülüb.

“Qafqazinfo” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Mariupol merinin məsləhətçisi Pyotr Andrüşenko teleqramda bildirib.

Onun sözlərinə görə, hələ 2022-ci ilin sentyabrında Sokovu yaralamışdılar, lakin o vaxt sağ qalmışdı.

Xatırladaq ki, iyunun əvvəlində Xerson vilayətinin Staraya Zburyevka şəhərində iki rusiyalı general öldürülmüşdü.