Daha bir şəhərdə koronavirusa yoluxma qeydə alındı

daha-bir-seherde-koronavirusa-yoluxma-qeyde-alindi
Oxunma sayı: 1712

Londonda ilk dəfə yeni növ koronavirus- Covid-19-a yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xəstə artıq paytaxt xəstəxanalarının birinə yerləşdirilib. Bununla da, Britaniyada koronavirusa yoluxanların sayı 9 olub. 

Qeyd edək ki, ötən il dekabrın 31-dən Çinin Uhan şəhərindən yayılmağa başlayan virusdan ölənlərin sayı dünyada 1100-ü, yoluxanların sayı isə 42 mini keçib.