Daha bir şəhidimiz dəfn olundu - Video

daha-bir-sehidimiz-defn-olundu
Oxunma sayı: 1881

Vətən müharibəsində itkin düşən və ötən gün nəşi tapılan şəhid leytenant Abdullayev İntiqam Allahverdi oğlu Ordubadda dəfn edilib. 

“Qafqazinfo” xəbər verir ki, 1998-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb. 

Qeyd edək ki, Abdullayev İntiqam Ordubadın Düylün kəndindəndir. Müharibə vaxtı zabitimizin sənədləri ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunmuşdu.