Daha bir şəhidimizin anım günü... - Fotolar

daha-bir-sehidimizin-anim-gunu
Oxunma sayı: 1024

Vətən Müharibəsi şəhidi Cavid Hüseynovun şəhadəti günündə ev-muzeyinin və bulağın açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, şəhidin adının əbədiləşdirilməsi üçün görülən iş onun sakini olduğu Cəlilabad rayonunun Hamarqışlaq kəndində həyata keçirilib.

Qeyd edək ki, Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

C.Hüseynov Vətən Müharibəsində sentyabrın 30-da Füzuli uğrunda döyüşdə şəhid olub.

Cavid Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Surxay Şahbazov