Daha bir senator Trampı istefaya çağırdı

daha-bir-senator-trampi-istefaya-cagirdi
Oxunma sayı: 1070

ABŞ-da hazırkı prezident Donald Trampın istefa verməsi ilə bağlı tələblər davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, növbəti istefa çağırışı Pensilvaniya senatoru Pat Tumeydən gəlib. Bundan əvvəl də Alyaska senatoru, respublikaçı Liza Murkovski Trampın istefasını tələb etmişdi.

“Düşünürəm ki, ölkəmiz üçün ən yaxşısı prezidentin istefa verib, ən qısa zamanda getməsidir”, - deyə Tumey bildirib.

Respublikaçı senator ABŞ Konqresinə hücumun edilməsində də Trampın günahı olduğunu ifadə edib.