Rusiyanın məşhur müğənni və aktyoru Vlad Sokolovksi koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Vlad qeyd edib ki, xəstəlik öskürəklə başlayıb və daha sonra temperaturu 39,2 dərəcəyədək yüksəlib.
O, halı pisləşən kimi həkimə müraciət etdiyini və COVID-19 testindən keçdiyini bildirib. Analiz cavabları pozitiv çıxan aktyor artıq müalicə almağa başlayıb.

Son xəbərlər
Son Xəbərlər