Türkiyəli aktrisa Bahar Şahin serialdakı partnyoru Ozan Dolunayla öpüşən zaman görüntülənib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə “Çok güzel haraketler-2” proqramında məşhurlaşan Cenan Adıgüzellə birlikdə olan aktrisanın sevgilisinə xəyanət etdiyi ilə bağlı məlumat yayılmışdı. İddia olunurdu ki, aktrisa Cenanla münasibəti olduğu zaman “Zalim İstanbul” serialında birlikdə rol aldığı Ozan Dolunayla eşq yaşayır. Bu xəbərlərdən sonra Cenan Adıgüzelin sevgilisindən ayrıldığı bildirilirdi.
Bahar Şahin sevgilisindən ayrıldıqdan iki gün sonra yenidən Ozan Dolunayla kafelərin birində görüntülənib. Ətrafa fikir verməyən cütlüyün yaxın olması diqqətdən yayınmayıb. İkili öpüşən zaman da kadra alınıb.





Son xəbərlər
Son Xəbərlər