Daha bir serial cütlüyü realda sevgili oldu

daha-bir-serial-cutluyu-realda-sevgili-oldu
Oxunma sayı: 5655

Reytinq rekordları qıran “Yalı çapkını” serialında daha bir eşq gerçək olub.

“Qafqazinfo” “Ensonhaber”ə istinadən xəbər verir ki, ekran işində “Gülgün” və “Orhan” obrazlarını canlandıran Gözde Kansu ilə Emre Altuğ eşq yaşamağa başlayıb.

Bu məqamda bildirək ki, sosial şəbəkədə istifadəçilər tez-tez 54 yaşlı aktyorla 43 yaşlı aktrisanı bir-birinə çox yaraşdırdıqlarına dair rəylər yazırlar. Gözdenin Emrenin konsertində səhnəyə çıxması və bu zaman onların sərgilədiyi səmimi davranış yayılan iddiaları daha da gücləndirib.

Qeyd edək ki, Emre Altuğ daha əvvəl məşhur model və aparıcı Çağla Şikel ilə evli olub. Onların bu evlilikdən iki oğlu var.

Həmçinin oxuyun: AccessBank запускает очередную программу для женщин-предпринимателей - Access2Success-2