Daha bir stadion koronavirusla mübarizə mərkəzinə çevrilir

daha-bir-stadion-koronavirusla-mubarize-merkezine-cevrilir
Oxunma sayı: 1496

İngiltərənin “Brayton” klubunun stadionu koronavirusla mübarizə üçün fəaliyyət göstərəcək.

“Qafqazinfo” xəbər verir ki, Premyer Liqa təmsilçisinin ev oyunlarını keçirdiyi “Falmer” stadionunda COVİD-19 testləri ediləcək.

Arenada gün ərzində 1000 insan analiz verəcək.

“Brayton” tibb xidmətində çalışan insanlara gələn oyunlarda istifadə etmək üçün 1000 bilet bağışlayacaq.